Qaxda yaşayış evi yandı

Qaxda yaşayış evində yanğın olub.

APA  TV-nin yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində, Sabiddin Muradova məxsus fərdi yaşayış evində baş verib.

Yanğın zamanı ikiotaqlı evin 1 otağı və eyvanı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.

Hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Evdə yaşayan İntiqam Muradovun sözlərinə görə, yanğın zamanı hər kəs yatdığından alovdan son anda xilas olublar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv