Qaxda yaşayış evi yandı – XƏSARƏT ALAN OLMAYIB
Qaxda fərdi yaşayış evində yanğın baş verib.
APA TV- nin məlumatına görə, hadisə rayonun Uzuntala kəndində qeydə alınıb.
Yanğın zamanı 60 kv/m-lik, iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmiş ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
İlkin məlumata görə, ev sahibi Cuma Kərimov ailəsi ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.