Yoldan çıxan motosiklet 2 avtomobilə çırpıldı - BAKIDA QƏZA

Bakıda avtoqəza baş verib.


APA TV-nin məlumatına görə, hadisə Hüseynbala Əliyev küçəsində qeydə alınıb.


Qaydanı pozan motosiklet sürücüsü yolun əks istiqamətinə çıxıb.

Bu zaman nəqliyyat vasitəsi qarşıdan gələn "Dongfeng" markalı avtomobilə, daha sonra "Renault" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Xəsarətlər alan motosikletin sürücüsü xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv