Qaydaları pozan sürücülər cərimələndi

Ağdam polisi reyd keçirib.

 

APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, Rayonun  Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Quzanlı qəsəbəsində dayanma-durma və park etmə qaydalarını pozan sürücüləri cərimələyib. Hərəkətin intensiv olduğu ərazilərdə  keçirilən reydlər zamanı  müəyyən edilməyən ərazilərdə avtomobilləri park edən sürücülər aşkarlanıb və xəbərdarlıq edilib.

 

Reyd zaman  qaydalara əməl etməyən 50 nəfər sürücü inzibati xətalar məcəlləsinin müvafiq bəndinə uyğun olaraq cərimələnib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv