Qayınanasıgildən gəlib özünü asdı

Lənkəranda intihar hadisəsi olub.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 35 yaşlı Tərlan Məmmədov əvvəlcə arvadı və iki azyaşlı övladını qayınanasının evinə aparıb. Daha sonra oradan çıxaraq qayıdacağını deyib. Lakin o, evinə gedib və burada özünü asaraq, həyatına son qoyub.

 

Onun hansı səbəbdən bu əməli törətməsi hələlik bilinmir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv