Qaz çəkmək istədilər, 75 mina tapdılar

Azəriqaz İstehsalat Birliyi “Açıq qapı” aksiyasında illik hesabatı təqdim edib. Tədbirdə quruma 2022-ci ildə 1 milyon 64 min 72 müraciətin daxil olduğu bildirilib.

Tədbirdə vurğulanıb ki, Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndinə qədər 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkilib. Həmin qaz kəməri boyunca 75-ə yaxın mina aşkarlanıb.

“Açıq qapı” aksiyasında SOCAR “Azəriqaz” İB-də ölümlə nəticələnən hər hansı bir neqativ hal yaşanmadığı bildirilib. Daha sonra aksiyada jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv