Qaz sızması partlayışa səbəb oldu
Salyan rayonunda qaz sızması nəticəsində evdə partlayış baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Kənddə Qurbanovlar aiəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Partlayış nəticəsində bir ailənin üç üzvü-1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı, ailənin övladı 2001-ci il təvəllüdlü Qurbanov Mikayıl Zaur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ailə üzvləri Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.