Qaz sızması partlayışa səbəb oldu: YARALI VAR - 1 dəqiqə 10 xəbər 15:00 buraxılışı

"Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq". Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev belə deyib.

 

Bakı şəhərində Aşıq Ələsgərin abidəsi ucaldılacaq

 

Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq

 

DİN sosial şəbəkələrdə narkotiklərin satıldığı səhifələrin xaricdən idarə olunduğunu açıqlayıb

 

Güclü duman səbəbindən Bakı-Naxçıvan marşrutu üzrə iki aviareys gecikir

 

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

 

Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

 

Gəncədə evdə qaz sızmasından partlayış olub, 86 yaşlı kişi xəsarət alıb

 

Bu il 51 minədək şəxsə əlillik təyin edilib.

 

Brüsseldə Gürcüstan, Ukrayna və Moldova Baş nazirlərinin üçtərəfli görüşü olub

 

 

Müəllif | Apa.Tv
Apa.tv