Qaz sızması zamanı baş verən partlayışda xəsarət alanlardan biri dünyasını dəyişdi - İMİŞLİDƏ

Bir müddət öncə İmişlidə qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alanlardan biri dünyasını dəyişib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, vəziyyətləri ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə göndərilən üç nəfərdən biri, Səfər Atakişiyevin həyatını xilas etmək mümkün olmayıb.

Partlayışda xəsarət alan digər 2 nəfərin müalicəsi davam etdirilir. 

Xatırladaq ki, fevralın 17-də İmişli rayonunun Sarxanlı kəndində Tahir Atakişiyevə məxsus fərdi yaşayış evində qaz sızması zamanı güclü partlayış baş verib. Partlayış  nəticəsində üç nəfər - ev sahibi 1961-ci il təvəllüdlü Tahir Atakişiyev, onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Ofeliya Atakişiyeva və ev sahibinin qardaşı 1963-cü il təvəllüdlü Səfər Atakişiyev yanıq xəsarətləri alıblar.

Müəllif | Apa.Tv
Apa.tv