Qaz sızmasından evdə partlayış oldu – XƏSARƏT ALAN VAR
Gəncədə yaşayış evində partlayış olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Totanlı küçəsi, Döngə 1, ev 2-də qeydə alınıb. Həmin ünvanda yaşayan Əli Məmmədova məxsus evin mətbəxində anidən partlayış baş verib.
Həmin vaxt evdə olan Əli Məmmədovun oğlu 33 yaşlı Vasif müxtəlif bəbədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə nəticəsində evin mətbəxi ilə yanaşı, digər otaqları da dağılıb.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Partlayışın baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu
Mehid Məmmədov
APA TV