Qaz sobasında sızma partlayışa səbəb oldu

Gəncədə evdə partlayış baş verib.

Şəhər sakini 1988-ci il təvəllüdlü T. Seyidova səhər saat 5 radələrində hamam otağının işığını yandıran zaman qaz sobasında sızma olduğu üçün, ani alovlanmadan partlayış olub.

Baş vermiş partlayış nəticəsində T.Seyidova bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv