Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə qazax cəfərli yolunda rayonun Xanlıqlar kəndinin ərazisində qeydə alınıb. Yüksək sürətlə idarə olunan "Mercedes " markalı avtomobili idarəetmədən cıxaraq restoranın qarşısında dayanan iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Mersedec" markalı avtomobil "VAZ – 21011”ə və azərişığa məxsus "Uaz" markalı maşına dəyib.Avtomobiləri hadisə yerindən 10 metr kənara atılıb . Qəzanın əsas iştirakcısı olan Mersedes markalı avtomobildə olan sürücü sıxılaraq maşında qaldığından əraziyə FHN in xilasetmə qrupu cağrılıb . Toqquşma nəticəsində 3 nəfər xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib . Hadisə yerində Qazax rayon polis şöbəsinin əməkdaşları araşdırma aparır

Müəllif | Apa.Tv
Apa.tv