Qazax və Goranboyda anım mərasimi keçirilib

Anım günü münasibəti ilə Qazaxda hərbi komissarlığın qarşısında başlayan yürüş şəhidlər xiyabanında yekunlaşıb.  

 

Şəhidlər  xiyabanında lövhələri asılmış 352 şəhidin abidə kompleksi ziyarətçilər  tərəfindən yad edilib.   

 

Sonda  Şəhidlərin xatirəsinə ağac əkmə aksiyası keçirilib.     

 

Goranboyda da Anım Günü ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə rayon rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV,

Müəllif | Apa.Tv
Apa.tv