Qazaxda 13 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə ev verilib
Qazaxda 13 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə ev verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən evlərdən 6-sı şəhid ailəsinə, 7-si isə Qarabağ müharibəsi əlillərinə verilib.
Evlərin təqdim edilməsi mərasimində Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədri Elşən Əsədov və veteranlar, eləcə də Qarabağ əlilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8379 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV