Qazaxda 57 yaşlı qadını ilan sancıb
Qazaxda 57 yaşlı qadını ilan sancıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Alpout kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədova Ziyafət Mirzə qızı yaşadığı evin bağında gəzərkən ilan onu ayağından sancıb.
Z.Məmmədova dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətini kafi olduğu bildirilir.