Qazaxda azyaşlını maşın vurdu – VƏZİYYƏTİ AĞIRDIR
Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki 10 yaşlı Nuray Həsənli yolu keçmək istəyən zaman avtomobil onu vurub. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
APA TV