Qazaxda cücə sexində yanğın olub

Qazax rayonunda yanğın olub.

Hadisə rayonun Hüseynbəyli kəndində Anar Zeynalova aid  ümumi sahəsi 600 m² olan quşçuluq sexinin yanar konstruksiyaları və içərisindəki avadanlıqları yanıb.

APA Tv xəbər verir ki, hadisə zamanı fermada 15 min yumurta tutumu olan 4 ədəd inqibator, 80 min yumurta,  15 min cücə və 400  bildirçin yanaraq tələf  olub.

Əraziyə Qazax rayon Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı sahibkar özü də ayaq nahiyələrindən yanıq xəsarətləri alıb. Zərərçəkən Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv