Qazaxda iki avtomobil toqquşdu - 6 NƏFƏR XƏSARƏT ALDI

Qazaxda 6 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Elnur Xasayev, 1987-ci il təvəllüdlü Ruslan Məmmədov, 1994-cü il təvəllüdlü İlkin Mustafayev, 1994-cü il təvəllüdlü İslam Rəsulzadə, 1990-cı il təvəllüdlü Kamil Abdullayev və 2001-ci il təvəllüdlü Araz Pənahov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv