Qazaxda mikroavtobusla “Jiquli” toqquşdu - YARALI VAR

Qazax rayonunda avtoqəza baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, Qazax-Daş Salahlı kəndi arasında işləyən mikroavtobusla "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "Jiquli”nin sürücüsü - 1967-ci il təvəllüdlü Lətif Dünyamalıyev xəsarət alaraq Qazax Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb, vəziyəti kafidir.


Faktla bağlı araşdırma aparılır

Müəllif | Apa.Tv
Apa.tv