Qazaxda minik maşınları toqquşdu, iki bacı yaralandı
Qazaxda baş verən qəzada iki nəfər xəsarət alıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.
Hərəkətə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1956-cı il təvəllüdlü Şəfiqə Kərim qızı Qəhrəmanova və 1966-cı il təvəllüdlü Cəmilə Kərim qızı Qəhrəmanova xəsarət alıb. Onlar Qazax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
APA TV