Qazaxda mübahisə edən şəxsləri barışdırmaq istəyən şəxs qətlə yetirildi

Qazaxda qətl hadisəsi törədilib. 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun  küçəsində yerləşən stadionun yaxınlığında qeydə alınıb.

Belə ki, rayon  sakini 26 yaşlı Əhməd Əhmədov şəhər sakini 34 yaşlı Zaur Hüseynovun ürəyindən bıçaqlayaraq onu qətlə yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən Əhməd Əhmədov könüllü polisə təslim olub.

Məlumata görə, hadisəyə Əhməd Əhmədovun Zaur Hüseynovun tanışı ilə münaqişəsi səbəb olub. Belə ki, Zaur onları barışdırmaq üçün bir yerə çağırıb. Bu zaman tərəflər arasında mübahisə daha da böyüyüb və Əhməd Əhmədov Zaur Hüseynovu öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv