Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib
Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Hərəkətdə olan iki minik maşını toqquşib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Öənlər Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun övladı 27 yaşlı Xəlilov Elvin Ziyarət oğludur.
Həmçinin 26 yaşlı Cövdət Qasımov və Məhərrəm Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.