Qazaxda qaşıq dələduzluğu - AĞSTAFA SAKİNLƏRİ YAXALANDI

Qazaxda dələduzluq edən iki nəfər saxlanılıb.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Ağstafa sakinləri olan 57 yaşlı Hüseyn Nuriyev və 60 yaşlı Məzahir Mirzəyev qaşıq satmaqla dələduzluq etmək istəyiblər.

Qazax sakinlərinin 400 manat pulunu mənimsəyən şəxslərin növbəti çirkin əməllərini reallaşdırmasına polis əməkdaşları mane olublar. Qazax sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, iki nəfər naməlum şəxsin onların mağazasına daxil olaraq dələduzluq yolu ilə 250 manat mənimsədiyini bildirib.

 

Müraciət əsasında araşdırmalara başlanılıb, hər iki şəxs isti izlərlə saxlanılaraq şöbəyə gətirilib. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər Qazax şəhəri ərazisində daha bir ticarət obyektinə daxil olaraq, oradan da eyni üsulla dələduzluq etməklə 150 manat pulu ələ keçiriblər. “Bundan sonra onlar dayanmamış. Yenə eyni tarixdə, Qazax şəhəri ərazisindəki digər bir dükana daxil olmuş, yenidən həmin dükanda eyni yol ilə - etibardan sui isitifadə etməklə 150 manat məbləğdə pulunu ələ keçiriblər”.

Saxlanılan hər iki şəxs əməlini etiraf edib. Onların dələduzluq yolu ilə əldə etdikləri pul, eləcə də cinayətdə istifadə etdikləri qaşıqlar üzərlərindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Saxlanılan şəxslərin digər şəhər və rayonlarda da analoji cinayətlər törətməsi istisna edilmir. Odur ki, bu şəxslərin əməllərindən zərərçəkən varsa, Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi xidmətinə və ya yaxınlıqda yerləşən polis orqanlarına müraciət etmələri tövsiyə olunur.

Müəllif | Apa.Tv
Apa.tv