13:41 23 sentyabr 2022 119
Ana səhifə Xəbərlər

Qazaxda xüsusi ƏMƏLİYYAT: SAXLANILANLAR VAR

Qazaxda narkotik satan və alan şəxslər saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Məlahət Muradova və Faiq Məmmədov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər narkotik vasitəni evində xidmətçi işlədikləri Adil Qurbanovdan pulla aldıqlarını etiraf ediblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən rayon sakini Adil Qurbanov da saxlanılıb. Onun evinə baxış zamanı ümumi çəkisi 295 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın