Qazaxda yaşlı qadını maşın vuraraq öldürüb

Qazaxda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA Tv-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb. Yolu keçmək istəyən 80 yaşlı Hilal İsmayıl Qızı Aqrahovanı vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv