Qazaxıstan parlamenti Nazarbayevin ömürlük vəzifələrini ləğv etdi

Qazaxıstanda kadr islahatları davam edir. Birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının və Qazaxıstan Xalqları Assambleyasında ömürlük sədrlik vəzifəsindən azad edilib.

 

APA TV xəbər verir ki, ölkə parlamenti bununla bağlı düzəlişləri təsdiq edib. Nazarbayev Qazaxıstan Xalqları Assambleyasında sədrliyi prezident Kasım-Jomart Tokayevə 2021-ci ildə, Təhlükəsizlik Şurasında sədrliyi isə son iğtişaşlar zamanı təhvil verib.

 

Kasım-Jomart Tokayev bu gün yeni müdafiə nazirini də təyin edib. Bu barədə o sərəncam imzalayıb. Sərəncama əsasən, Ruslan Jaksılkov nazir vəzifəsinə təyin edilib.

 

Xatırladaq ki, general-leytenant Jaksılkov bundan əvvəl Qazaxıstanın daxili işlər nazirinin müavini - Milli Qvardiyanın Baş komandanı olub.

 

Müəllif | Apa.Tv
Apa.tv