Qazaxıstan prezidentinin mətbuat katibi koronavirusa yoluxdu - MƏLUMATI ÖZÜ VERİB
Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali tələb olunan təhlükəsizlik tədbirlərinə əməl etsə də, koronavirusa yoluxub.
APA TV-nin Kazinform-a istinadən verdiyi məlumata görə, o, hazırda həkimlərin nəzarəti altında xəstəxanada mülicə olunur.
Səhhəti haqqında danışan mətbuat katibi vəziyyətinin qənaətbəxş olduğunu bildirib.