Qazilərə və şəhid ailələrinə şad xəbər: Bu layihə həyatınızı dəyişəcək

Qazilərə və şəhid ailələrinə şad xəbər: Bu layihə həyatınızı dəyişəcək “For Azerbaijan” Xeyriyyə Təşkilatı və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda Psixoloji reabilitasiya potensialının artırılması” (APRTA) layihəsinə başlanılıb. APA TV-nin xəbərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı, “Paşa Sığorta” şirkətinin maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi qazilərin, şəhid ailəsi üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması, bu istiqamətdə peşəkar təcrübənin artırılmasıdır. Təlimlər ABŞ-ın bu sahədə tanınmış ekspertləri tərəfindən aparılacaq. Layihə çərçivəsində 30-a yaxın klinik psixoloq üçün təlim proqramları təşkil ediləcək. Layihə müddətində Azərbaycan dilində məlumat portalının yaradılması, portala diaqnostik alətlərin və materialların daxil edilməsi də planlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv