Qazilərin müalicəsi üçün Türkiyə və İsraildən həkimlər dəvət ediləcək

Ağır yaralanan qazilər Şahin Quliyev, Kamil Hüseynov, Şəhriyar Əzməmmədov, Çingiz Vəçhiyev, Həsrət Quliyev, Xəyal Abdullayev, Qismət Əliyev, İlkin Rüstəmli, Aqil  Eminov, Məhəmməd Mehtixanov “YAŞAT” Fondu tərəfindən bu gün Türkiyəyə göndərilib.

 

Fonddan APA TV-yə verilən məlumata görə, ölkədəki həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

 

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

 

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

 

Eyni zamanda, Fond tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur. 

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı və 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

Müəllif | Apa.Tv
Apa.tv