Qəbələ iki kəndin sərhədində yanğın başladı
Qəbələdə yanğın başlayıb.
Yanğın rayonun Kiçik Pirəli və Mirzəbəyli kəndləri arasında olan sahədə qeydə alınıb.
Havanın küləkli olması səbəbindən yanğın genişlənib. Alov əsasən kolluq və ağaclıq ərazidə yayılıb.
Yanğın ümumilikdə iki yerdə 1 hektara yaxın ərazini əhatə edir.
Qəbələ yanğından mühafizə hissəsinin əməkdaşları əraziyə cəlb olunub, alovun qarşısını almaq üçün tədbirlər görülür.