Qəbələ sakinləri Oğuzda saxlanıldı – QANUNSUZ OV ETDİKLƏRİNƏ GÖRƏ
Oğuzda qanunsuz ov edənlər saxlanılıb.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Tərkeş kəndi ərazisində qanunsuz ov edən, Qəbələ rayonu Nic qəsəbə sakinləri Dmitri Piralov və Ruslan Balari yaxalanıb.
Həmin şəxslərdən 2 ədəd “İJ-16” markalı ov tüfəngi və 35 ədəd istifadəyə yararlı patron aşkar olunaraq götürülüb.
Hər iki şəxs barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndəriləcək.