Qəbələdə güclü yağış evlərə və təsərrüfatlara ziyan vurdu
Dünən gecə saatlarında başlayan leysan yağışları Qəbələ və ətraf kəndlərdə bir sıra fəsadlar törədib. Rayonun mərkəzində mağazaları və depo kimi istifadə olunan zirzəmiləri su basıb. Rayon mərkəzi bazar adlanan hissədə quraşdırılmış yeraltı keçidi də güclü yağışdan oz nəsibini alıb. Su daşqınları nəticəsində yeraltı keçid yararsız hala düşüb və su ilə dolub. Hazırda FHN-nin Şimal Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən keçiddəki sel suları xüsusi qurğular vasitəsi ilə sovrulur. Bununla yanaşı rayonun Zarağan, Daşca, Abrıq, Mıxlı qovaq,Tikanlı və Uludaş eləcə də Mirzəbəyli kəndlərində şəxsi təsərrüfatlara və meyvə bağlarına ciddi ziyan dəyib. Dolu nəticəsində bəzi evlərin damları da ziyan çəkib. Hazırda dəymiş ziyanın aradan qaldırılması işləri aparılmaqdadır. İlham Əhmədov, Taleh İbrahimov, APA TV