Qəbələdə qətlə yetirilən 23 yaşlı Aytacın görüntüləri

Qəbələdə qətlə yetirilən 23 yaşlı Aytac Əliyevanın fotosu yayılıb.

 

Qeyd edək ki, araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Kemale Aytacın ərinin sevgilisinin rəfiqəsi olub. Bu barədə “Qafqazinfo” məlumat yayıb. Sevgilisi Aytacın əri ilə evlənmək istəsə də, o, arvadından boşanmaq niyyətində olmayıb. Qətlin rəfiqələr arasında baş verən problemə görə baş verdiyi ehtimal olunur. İlkin məlumata görə, hadisə zamanı Aytacın hərbçi əri evdə olmasa da, onların azyaşlı övladı mənzildə olub.

İstintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv