Qəbələdə şəxsi münasibətlər zəminində atışma baş verdi
Oktyabrın 17-də saat 20 radələrində Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əli Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Araşdırma aparılır.