Qəbələdə turistləri kəndə buraxmadılar

 

Avqustun 14-də Qəbələ rayonu, Laza kəndində sakinlərlə turistlər arasında mübahisə yaranıb. Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, kənd sakinləri yolu bağlayaraq, turistlərin girişinə icazə verməyiblər. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-a bildirib ki, kənddə yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub: "Buna görə yerli sakinlərlə turistlər arasında sözlü mübahisə yaranıb. Əraziyə cəlb edilən polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib. Həmin vaxt hər hansı insident qeydə alınmayıb".

Müəllif | Apa.Tv
Apa.tv