Qəbələdə uşaq və qoyunlar bataqlığa düşdü – FHN XİLAS ETDİ
Qəbələ rayonunda qoyunlar bataqlığa düşərək tələf olub, bir nəfər xilas edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Kəlbəcər rayon sakini, Ağdaşda məskunlaşan 13 yaşlı Elnur Həsənov və 300 baş qoyun sürüsü Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt telefon mərkəzinə edilən müraciət əsasında dərhal nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Uşaq və qoyunlar xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Qoyunlardan 100 başı xəsarət alıb və tələf olub, qalanları xilas edilib.
Şahnəzər Bəşirov
APA TV