Qəbələdəki bu ağacın tam məhsul verməsi üçün 200 il lazımdır

 

Qəbələdə hansı küçəyə, hansı kəndə getsəniz həyətlərdə, bağlarda şabalıdlıq ağacları görə bilərsiniz. Çünki Qəbələnin kəndlərində sakinlərin əsas gəlir mənbəyi qoz və şabalıd bağları sayılır. Şabalıd bağlarında məhsulun vaxtında və itkisiz toplanılması üçün bağlarda iməciliklər təşkil olunur. Bəli, şabalıdın toplanması və saxlanması çox çətindir. Sakinlər bildirir ki, sərin quyular hazırlanır və şabalıd orada saxlanılır. Mahir Əlyarov deyir ki, bir şabalıd ağacı 100-300 kiloqram məhsul verə bilir. Onun sözlərinə görə, ağacın barvermə dövrü təxminən 10 ildən sonra başlayır. Amma şabalıd ağacının yüksək məhsuldarlıq üçün 200 ilə kimi vaxta ehtiyacı olur. Onun sözlərinə görə, gözünü açandan kəndlərində çox sayda şabalıd bağları olub. Ancaq sonralar bu ağaclar məhv olub. Yaşlı nəsil sakinlər deyir ki, 1941-45– ci illərdəki aclıqdan da məhz şabalıd sayəsində üzü ağ çıxa biliblər. Qeyd edək ki, hazırda Qəbələdə kəndlilər öz həyətlərində bir kiloqram şabalıdı müştərilərə 5-20 manat aralığında dəyişən qiymətə satırlar.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv