Qəbələli arıçı 73 yaşında öz peşəsinin təhsilini alır - APA TV
Bir neçə aydır ki, o da hamı kimi səhər tezdən dərsə gəlir. Bəlkə də kənardan baxanlar onu tələbələrin yanında görəndə müəllimə bənzədir. Amma o, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil arıçılıq ixtisası üzrə təhsil alır. O deyir ki, cavanlıq arzusunu gerçəkləşdirmək 73 yaşında ikən ona qismət olub.
MUSA MAHMUDOV 73 YAŞLI TƏLƏBƏ
Üç qız, bir oğul atası olan Azərbaycanın ən yaşlı tələbəsi Musa Mahmudovun 8 nəvəsi var. Deyir ki, övladlarının hamısına ali təhsil verib. Özü də vaxtı ilə təhsil almaq istəsə də, ailəsinin maddi imkanı buna mane olub. İndi öz gənclik arzusunu reallaşdıran Musa kişi deyir ki, özünü ağsaqqal kimi yox, tələbə kimi hiss edir.
MUSA MAHMUDOV 73 YAŞLI TƏLƏBƏ
Qeyd edək ki, Musa Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. O, 2004-cü ildən arıçılıqla məşğuldur.
İlham Məmmədov, Taleh İbrahimov, APA TV