Qəbirlərimizdən sökülən mərmərlər Azıx kəndində ermənilərin qaldığı evdən çıxdı

APA TV-nin əməkdaşları Xocavənddə azərbaycanlılara aid qəbiristanlıqlardan sökülən qəbir daşlarını ermənilərin yaşadığı evdə aşkarlayıb. APA TV-nin Qarabağ bürosu xəbər verir ki, Xocavənd rayonunun Azıx kəndində çəkiliş aparan zaman 20 azərbaycanlıya məxsus məzar daşı tapılıb. Mərmər daşlar erməni ailənin yaşadığı evin qarajında aşkarlanıb. Məzar daşlarının üzərində ad-soyad, doğum və ölüm tarixləri qeyd olunub: Bəzi məzar daşlarında ad-soyad olmasa da, şəkillər var. Qeyd edək ki, Xocavənd rayonunun Azıx kəndi 1993-cü ildə erməni silahlı birləşmələrinin nəzarətinə keçib, 2020-ci il noyabrın 9-da işğaldan azad olunub. Hazırda kənd mina və partlamamış sursatlarla çirklənmiş hesab olunur. APA-nın əməkdaşlarının kənddə olmasına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları dəstək olub və təhlükəsizliyi təmin ediblər. Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv