“Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filminin təqdimat mərasimi olub

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filminin təqdimat mərasimi olub. Təqdimat mərasimində Qərbi Azərbaycan icmasının üzvləri, qazilər, universitet rəhbərliyi və tələbələr iştirak edib. Filmin çəkilməsində əsas məqsəd İrəvan şəhərinin əzəli Azərbaycan şəhəri olması haqqındakı faktları tarixi sənədlər əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Qeyd edək ki, film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Elmi araşdırmalar” İctimai Birliyi tərəfindən çəkilib.

ORXAN ASLAN

VÜSAL BAYRAMOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv