Qərb bölgəsində güclü külək: ağaclar və elektrik dirəkləri aşdı

Qərb bölgəsində güclü külək müşahidə olunub. Daha çox fəsad isə, Tovuz rayonunda qeydə alınıb. Ağaclar küləyin təsirindən aşıb, elektrik enerjisi və mavi yanacağın verilməsində fasilələr yaranıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, bir saatdan çox davam edən külək ağacları kökündən çıxarıb. Bir neçə avtomobilin üzərinə ağac aşıb. Ağacların yolun hərəkət hissəsinə aşdığına görə rayondaxili əksər yollar bir neçə saat bağlı qalıb.Elektrik və komunikasiya dirəkləri də yıxılıb. Naqillər yararsız hala düşüb.

Güclü külək Qərb bölgəsinin digər rayonlarında da əsib. Qazax və Ağstafa rayonunda da elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Müəllif | Apa.Tv
Apa.tv