Qərb bölgəsində seçkiləri yerli və beynəlxalq müşahidəçilər izləyir

Gəncədə səhər saat 8-dən başlayan səsvermə prosesi hazırda da davam edir.

APA TV-ninq ərb bürosunun xəbərinə görə, qar yağmasına baxmayaraq, şəhərdə vətəndaşların rahat gəlib səs verməsi üçün bütün zəruri tədbirlər görülüb.

4 saylı Dairə Seçki Komissiyası üzrə ümumilikdə 111 məntəqə fəaliyyət göstərir ki, onlardan da 4-ü qapalıdır. 40 məntəqədə veb-kamera quraşdırılıb. Şəhər üzrə səsvermə hüququ olan vətəndaşların sayı 151 450 nəfərdir ki, onlardan da 105-i ilk dəfə səs verəcək. Gəncənin Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 yer uğrunda 36 namizəd mübarizə aparır.

Gəncədə seçki prosesini 2043 yerli, 11 xarici müşahidəçi izləyir. Xarici müşahidəçilərdən 4-ü ATƏT, 5-i MDB, 2-si isə Şanxay Əməkdaşlıq Təşkilatını təmsil edir.

39 saylı Kəpəz I Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində isə 1234 seçici öz namizədlərini seçəcək. Burada seçki prosesini 23 yerli, 3 beynəlxalq müşahidəçi izləyir.

106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyasının 3 saylı məntəqəsində də seçici aktivliyi müşahidə olunur. Hazırda məntəqədə seçki prosesini 23 müşahidəçi izləyir. Məntəqə üzrə 1405 seçici qeydiyyata alınıb, onlardan 8-i ilk dəfə səs verir.

Müəllif | Apa.Tv
Apa.tv