Qəsdən yanğın törətmə faktının üstü açıldı

3 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə APA TV-yə FHN-dən məlumat verilib. Məlumata görə, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv