Qəsəbələr üzrə fəaliyyət göstərən sərnişin avtobusları dezinfeksiya edilib

Bakıətrafı qəsəbələr üzrə fəaliyyət göstərən sərnişin avtobusları dezinfeksiya edilib.

Bununla yanaşı, sürücü kabinəsi olmayan avtobuslarda şəffaf arakəsmələr yaradılıb.

BNA-nın rəsmisi Mais Ağayevin APA  TV-yə  verdiyi məlumata görə, artıq sərnişindaşımalara cəlb edilən 2100-dən artıq avtobusda dezinfeksiya işləri həyata  keçirilib. 

Bildirilib ki, 91 və 92 nömrəli avtobusda istehsalçı tərəfindən quraşdırılan kabinələr mövcuddur. Digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır.

Eyni zamanda, 91 və 92 nömrəli marşrut xəttinə məxsus istehsalat bazasında 28 avtobus hər gün axşam saat 21:00-dan sonra yuyularaq dezinfeksiya edilir.

Qeyd edək ki, paytaxtda yerləşən  820-dən artıq avtobus yuyulduqdan sonra  xəttə buraxılır.

Müəllif | Apa.Tv
Apa.tv