Qeyri-sabit hava: Azərbaycana qar yağdı

Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, nəticədə yağıntı qara keçib, hətta 1 sm-lik qar örtüyü əmələ gəlib.

 

APA TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O qeyd edib ki, bu nadir hadisə olsa da, lakin 2019-cu ildə iyulun 1-də də Şahdağda analoji proses baş vermişdi.

 

Xidmət rəisi qeyd edib ki, əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhəsi əsasən şimal və qərb rayonlarında intensiv və güclü yağıntılara səbəb olub.

 

Umayra Tağıyeva onu da bildirib ki, yaxın günlər ərzində əksər rayonlarda havanın yağmursuz olacağı gözlənilsə də, lakin ayın 9-dək şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimalı var.

 

Müəllif | Apa.Tv
Apa.tv