Qeyri-sabit hava şəraiti davam edir - Dağlıq ərazilərə ilk qar yağıb

Ötən günlərdən başlayaraq ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Hava şəraitinin dəyişməsi Qubanın Xınalıq, Şahdağ, Qrız, Rük kəndləri, Qəçrəş meşəsi ərazisində, həmçinin Naxçıvan MR-nın yüksək dağ kəndlərində qar yağmasına səbəb olub. Daşkəsən rayonunda da dağlıq ərazilərə ilk qar düşüb. Yağan qar nəqliyyatın hərəkətində heç bir problem yaratmayıb. Qeyd edək ki, qeyri -sabit,  yağıntılı hava şəraitinin noyabrın 04-ü  gündüzədək davam edəcəyi,  güclü şimal - qərb küləyinin 03-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv