Qəza törədən qadın sürücü hadisə yerindən yayınmaq istəyib

Bakının Binəqədi rayonunda yol qəzası zamanı 3 avtomobil toqquşub.

APA TV  xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

Babayeva Xatuba Osman qızı idarə etdiyi "Hyundai" markalı avtomobillə işıqforun qırmızı işığında dayanmaq istəyərkən onun avtomobili "AzSamand" markalı nəqliyyat vasitəsinə, daha sonra "Chevrolet" markalı digər avtomobilə çırpılıb. Sürücü sonradan hadisə yerindən yayınıb. Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları xanım sürücünü saxlayıb.

Müəllif | Apa.Tv
Apa.tv