Qəza törədən sərxoş sürücü dünyasını dəyişdi - HACIQABULDA
Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində yol qəzası baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1967-ci il təvəllüdlü İlham Məmmədsoy sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən maşın yoldan çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun vəziyyəti ağırlaşıb və sürücü dünyasını dəyişib.
İlham Məmmədsoyun taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.