Qəzada ölən polis serjantı ilə bağlı ŞOK DETAL

Şəmkirdə polis əməkdaşının törətdiyi qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Aşağı Seyfəli kəndində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, 24 yaşlı İsmət Adilzadə idarə etdiyi "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və daha sonra yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı İsmət Adilzadə və sərnişin, 25 yaşlı Ayazxan İbadullayev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə cəlb edilən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan İsmət Adilzadə və Ayazxan İbadullayevin meyitlərini çıxararaq təhvil veriblər.

Yeri gəlmişkən qeyd edək ki, qəzada ölən polis serjantı İsmət Adilzadə ötən ilin dekabrın 7-də də Şəmkir rayonu ərazisində zəncirvarı qəza törədibmiş. Amma həmin zaman ölən və ya xəsarət alan olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Şəmkir

Müəllif | Apa.Tv
Apa.tv