Qəzada ölən və xəsarət alanlar var
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Vaz" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, xəsarət alanlar var. Faktla bağlı araşdırmalar davam etdirilir.